AZ

“Məcburi köçkünlərlə bağlı çirkin müzakirəyə son qoymaq zamanıdır”

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Hacıbəy Heydərli

Çox təəssüf ki, "Tiktok” sosial şəbəkəsində başlayan və hər keçən daha da artan templə davam edən məcburi köçkunlərlə bağlı məsələ arzuolunmaz hala gəlib çatıb.

27 illik işğal dönəmində belə bu mövzuda müzakirələr bu qədər çirkinləşməmişdi, biz hər zaman birliyimiz, yardımsevərliyimiz, humanist və anlayışımız ilə dünyaya nümunə olmuşuq. 

Bunun məntiqi davam olaraq da 44 günlük Vətən Müharibəsi zamanı "Biz birlikdə güclüyük” şüarı düşmən vurulan ən böyük zərbə idi. 

Müharibədən 5 il keçib, Azərbaycan hazırda tarixinin ən güclü dövrünü yaşayır, torpaqlarımız işğaldan azad edilib, Qarabağa həyat qayıdıb, ərazi bütövlüyümüz tam bərpa edilib, Zəngəzur üçün heç bir maneə qalmayıb, tarixi sülh müqaviləsi qapımızdadır. 

Belə bir məqamda artıq keçmiş məcburi köçkün olan qardaş və bacılarımızı bu formada incitmək, qəlblərinə toxunmaq, keçmiş acılarını dindirmək, yaralarına duz səpmək yolverilməzdir, bu mövzunu gündəmdə saxlamaq yalnız bizi sevməyən qüvvələrə dəstək olmaqdır.

Mili birliyimizi, qələbə ruhumuzu və ən əsası isə Şəhid ailələrimizi düşünüb bu cür çirkin müzakirələrə son qoymaq zamanıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
azxeber.com

2Mənbələr