AZ

"Şəkərsiz" şirin qida və içkilər xərçəng yaradır - Açıqlama

"Şəkərsiz" şirin qida və içkilər xərçəng yarada bilər.

Milli.Az xəbər verir ki, bunu endokrinoloq Maria Matveeva bildirib.

Onun dediyinə görə "şəkərsiz" məhsullar sağlamlıq üçün o qədər də faydalı deyil və uzun müddət müntəzəm istifadə edildikdə xərçəng və ürək-damar xəstəlikləri riskini artırır.

Matveeva qeyd edib ki, bu məhsullarda tez-tez fruktoza və müxtəlif şirələr (qarğıdalı, fruktoza və invert şirəsi) istifadə olunur. Bu maddələr kalori baxımından adi şəkərdən fərqlənmir və xüsusi fayda vermir. Ən təhlükəsiz alternativlər isə stevia və eritritdir. Ksilit və sorbit kimi şəkər spirtləri də ehtiyatla qəbul olunmalıdır.

"Məhsulun tərkibindəki digər maddələr də vacibdir. Məsələn, Coca-Cola Zero kimi içkilərdə fosfor turşusu, aspartam və asesulfam kaliy kimi maddələr mövcuddur ki, bunlar DNT və mitoxondrilərə təsir göstərə bilər. Belə içkilər uşaqlar, yeniyetmələr, hamilə qadınlar və mədə-bağırsaq xəstələri üçün tövsiyə olunmur, sağlam yetkinlər isə gündə maksimum bir banka qəbul edə bilər.

"Şəkərsiz" şirniyyatlar da diqqətlə istehlak edilməlidir. Məsələn, proteinli peçenye çox protein ehtiva etdiyi üçün orqanizmi yükləyə bilər, şokoladdakı şəkər spirtləri isə tez-tez ishala səbəb olur. Ona görə, balans və ölçülü əsasdır: az miqdarda qəbul etmək və əsas yeməkdən sonra yemək tövsiyə olunur", - Matveeva söyləyib.

İsmayıl
Milli.Az

 
Seçilən
15
milli.az

1Mənbələr