Kamçatka diyarında sentyabrın 12, 13 və 14-də davam edəcək qubernator seçkilərində səsvermə üçün seçki məntəqələri açılıb...
Poliqon bu barədə RİA Novosti nəşrinə istinadən məlumat yayıb.
Kamçatka diyarının seçki komissiyasının sədri İnqa İrininanın sözlərinə görə, cümə günü saat 8:00-da (Moskva vaxtı ilə cümə axşamı 23:00) regionun bütün məskunlaşdığı ərazilərdə 178 daimi seçki məntəqəsi açılıb.
"Bu gün saat 20:00-a qədər (Bakı vaxtı ilə 12:00) səs verə bilərsiniz", İrinina əlavə etdi.
Nəşr qeyd edir ki, Kamçatka diyarında bir günlük seçkilərdə səsvermə prosesini 600-dən çox müşahidəçi izləyəcək.
Poliqon.info