AZ

İsrailin Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 46-ya çatıb

İsrail ordusunun Yəmənin paytaxtı Sənaya və Cavf şəhərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 46-ya çatıb.

APA xəbər verir ki, Yəmənin SABA xəbər agentliyi sentyabrın 10-da İsrail ordusunun hücumları nəticəsində ölənlərin sayını yeniləyib.

Məlumata görə, Səna və Cavf şəhərlərinə edilən hücumlarda ölənlərin sayı 46-ya, yaralıların sayı isə 165-ə yüksəlib.

Ölənlərdən 5-i uşaq, 11-i qadın, yaralananların isə 31-i uşaq, 29-u qadın olub.

Bundan əvvəl isə aviazərbələr nəticəsində 35 nəfərin öldüyü, 131 nəfərin yaralandığı bildirilmişdi.

Seçilən
1
1
apa.az

2Mənbələr