AZ

ABŞ tanklarının daha bir partiyası POLŞAYA ÇATDI

Ajans.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış "X" sosial şəbəkəsində bildirib. "Biz ən böyük dəniz yüklərindən birini, o cümlədən 38 ədəd "M1A2 Abrams" tankı və 14 texniki təminat maşını aldıq. Yeni avadanlıq tezliklə bölmələrimizə çatdırılacaq", - o yazıb.

2022-ci ildə Polşa 2025-2026-cı illərdə 250 modernləşdirilmiş "M1A2 Abrams" tanklarının tədarükü üçün ABŞ ilə müqavilə imzalayıb.

Seçilən
0
1
Ajans.az

2Mənbələr