AZ

Danimarka 8,3 milyard dollarlıq rekord silah alışı planlaşdırır

Kopenhagen tarixində ən böyük hərbi müqaviləyə hazırlaşır...

Poliqon xəbər verir ki, Danimarka Silahlı Qüvvələrinin rəhbərliyi hökumətə ümumi dəyəri 53 milyard kron (təxminən 8,3 milyard dollar) olan səkkiz ədəd yerüstü hava hücumundan müdafiə sistemi (HHM) alınmasını tövsiyə edib. TV2 telekanalının məlumatına görə, bu, ölkənin tarixində ən iri silah alışı ola bilər. Hazırda Danimarkanın ən bahalı hərbi müqaviləsi 20 milyard krona (3,1 milyard dollar) başa gələn F-35 qırıcılarının alınmasıdır.

Məlumata əsasən, əvvəlcə iki orta mənzilli və bir uzaqmənzilli HHM sistemi alınması planlaşdırılırdı. Lakin hazırda iki uzaqmənzilli və altı orta mənzilli sistemin, həm də Avropa istehsalı olan komplekslərin alınması təklif olunur. Bu qərar NATO-nun üzv ölkələr üçün irəli sürdüyü yeni təhlükəsizlik tələbləri ilə əsaslandırılır.

Məsələ ilə bağlı müzakirələrin dünən axşam keçirildiyi bildirilir. Bu gün isə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen hökumətin planlarını rəsmi şəkildə açıqlayacaq.

Poliqon.info

Seçilən
6
poliqon.info

1Mənbələr