ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli komandaların seçmə oyunlarına görə Azərbaycan çempionatında yaranan iki həftəlik fasilə başa çatır.
Fanat.Az xəbər verir ki, bu gün Misli Premyer Liqasında 4-cü tur start götürəcək.
Üç günü əhatə edəcək turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə "Kəpəz" Qəbələdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Rauf Cabarovun idarə edəcəyi görüş saat 17:45-də başlayacaq. İlk üç turda xal qazanmayan yeganə komanda olan Gəncə təmsilçisi bu həsrətə naxçıvanlılarla oyunda son qoymağa çalışacaq. Elmar Baxşıyevin komandası isə səfərdən 3 xalla yanaşı, lider kimi dönmək imkanına malikdir.
Çünki "Zirə" günün növbəti oyununda “Qarabağ” ilə qarşılaşacaq. Mümkün xal itkisi "qartallar"ın zirvədən enməsinə yol açacaq. “Azərsun Arena”da baş tutacaq və saat 20:00-da start götürəcək matçın start fitini Rəşad Əhmədov səsləndirəcək.
Qeyd edək ki, 4-cü tura sentyabrın 14-də yekun vurulacaq.
Misli Premyer Liqası
1-ci dövrə, 4-cü tur
12 sentyabr
17:45. “Kəpəz” – “Araz-Naxçıvan
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev, Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
20:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Azersun Arena”.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.