"Mançester Yunayted"in qapıçısı Andre Onananın "Trabzonspor"a keçidi rəsmiləşib. Kamerunlu qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək. Sözləşmənin müddəti bir illikdir. Qeyd edək ki, Onananın "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına kimidir. 29 yaşlı qolkiper İngiltərə klubundan əvvəl "Ayaks" və "İnter"də də çıxış edib.
Mətləb