AZ

Rusiyanın komanda məntəqəsi darmadağın edildi – Polkovniklər öldü

BAKI, 12 sentyabr. TELEQRAF

Avqustun 30-da Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Voskresenka qəsəbəsində Rusiya ordunun komanda məntəqəsini darmadağın edib. Bu hücum zamanı Rusiyanın verdiyi ağır itkilər təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan (Ştirlitz) məlumat verib.

Onun sözlərinə görə, komanda məntəqəsinə hücum nəticəsində Rusiya ordusunun ən azı iki polkovnik-leytenantı həlak olub.

Bu, komanda məntəqəsi dağıdıldıqdan bir neçə gün sonra üzə çıxıb. Ştirlitz iddia edib ki, hər iki polkovnik-leytenant Voskresenetsdə məhv edilib.

Söhbət polkovnik-leytenant Dmitri Paşabekov və polkovnik-leytenant Ruslan Şiqabutdinovdan gedir.

Ümumilikdə, Rusiya itkilərini izləyən mənbələrə görə, hücum nəticəsində 17 zabit və 1 sıravi əsgər öldürülüb.

Seçilən
8
teleqraf.com

1Mənbələr