AZ

Daha bir Avropa ölkəsi məcburi hərbi xidmətin tətbiqini təklif edir

Slovakiyada idman və turizm naziri Rudolf Hulyak məcburi hərbi xidmətin tətbiqini təklif edib...

Poliqon xəbər verir ki, Tvnoviny.sk agentliyinin məlumatına görə, nazir 18 yaşı tamam olan ölkə vətəndaşlarının kazarmada deyil, yaşayış yerinin yaxınlığında 3 aylıq təlim keçməsini təklif edib.

"Dövlətimizdən kənarda müharibə gedir, Rusiya pilotsuz təyyarələri Polşaya uçur, qonşu dövlətin baş naziri isə "böyük Macarıstan" arzusundadır. Sərhədlərini qoruya bilməyən dövlətin mövcud olmağa haqqı yoxdur", deyə Hulyak öz fikrini bildirib.

Nazir əlavə edib ki, o, həmçinin Slovakiyanın özünün hava hücumundan müdafiə sisteminə malik olmamasından narahatdır.

Dennik N nəşri vurğulayır ki, Hulyakın sözləri ilk dəfə Slovakiyada bir məmur Macarıstanın baş naziri Viktor Orbanın ərazi iddiaları barədə açıq şəkildə danışır.

Xatırladaq ki, iki il əvvəl Orban Slovakiyanı Macarıstandan "ayrılmış" ərazi adlandırmışdı.

22 noyabr 2022-ci ildə Macarıstanın baş naziri Viktor Orban yüksək səviyyəli beynəlxalq qalmaqala qarışıb. Siyasətçi üzərində Avstriya, Slovakiya, Rumıniya, Ukrayna və Xorvatiyanın bəzi hissələrinin yer aldığı "Böyük Macarıstan" xəritəsi olan fanat yaylığı taxıb.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr