Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Kəpəz" "Araz-Naxçıvan"ı qonaq edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:45-də start götürəcək.
Digər qarşılaşma isə "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək. Matç saat 20:30-da oynanılacaq.