AZ

Baş nazirin Putinlə görüşməsina görə xalq ayağa qalxdı

Slovakiyanın paytaxtı Bratislavada minlərlə insan hökumət əleyhinə aksiyaya çıxıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, nümayişçilər Baş nazir Robert Fikonun Çinə səfərinə və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşməsinə etiraz ediblər. Qeyd edək ki, Robert Fiko Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Putinlə artıq üçüncü dəfə görüşüb və Pekində keçirilən hərbi paradda iştirak edən yeganə Avropa lideri olub. Bu addım ölkə daxilində narazılığın daha da güclənməsinə səbəb olub.

Şəhərin mərkəzi meydanına toplaşan etirazçılar "Pozor, pozor" ("Ayıb olsun") kimi şüarlar səsləndiriblər. Onlar həmçinin hökumətin sərt iqtisadi islahatlarına, büdcə ixtisarlarına və Avropa İttifaqı vəsaitlərindən sui-istifadə hallarına qarşı çıxıblar.

Gələn həftə isə iri müxalifət partiyası sayılan liberal "Proqressiv Slovakiya" ayrıca mitinq keçirməyi planlaşdırır.

Kənan
Milli.Az

Seçilən
13
1
milli.az

4Mənbələr