AZ

Afrikada yeni okean yarana bilər

Alimlər Afrikanın şərqində aparılan tədqiqatlar zamanı maraqlı bir təbiət hadisəsini aşkar ediblər. Onların sözlərinə görə, Efiopiyanın Afar bölgəsində Yer qabığının dərin qatlarında periodik şəkildə baş verən istilik və magma hərəkətləri “geoloji ürək döyüntüsü” adlandırılan fenomeni formalaşdırır.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, bu proseslər uzunmüddətli perspektivdə Afrikanın şərq hissəsinin parçalanmasına və yeni bir okeanın yaranmasına səbəb ola bilər. Nəticədə Afrika qitəsi iki yerə bölünəcək, Şərqi Afrika isə yeni formalaşacaq okean hövzəsinin kənarında ayrıca bir quru sahəsi kimi mövcudluğunu davam etdirəcək.

Tədqiqatçılar hesab edirlər ki, bu proses milyon illərlə davam edəcək və Yer planetinin geoloji xəritəsini tamamilə dəyişdirə bilər. Yeni okeanın yaranması isə həm regional iqlimə, həm də dünya okeanlarının ekosisteminə mühüm təsirlər göstərəcək.

Elm adamları bu kəşfi həm qlobal geologiya elmi üçün mühüm hadisə, həm də Yer kürəsinin daim dəyişən təbiətinin sübutu kimi qiymətləndirirlər.

Seçilən
17
1
azedu.az

2Mənbələr