AZ

Bakıdakı tuneldə ağır qəza: Avtomobil aşdı — VİDEO

Dünən axşam saatlarında 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtomobil tunelində yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az xəbər verir ki, “BYD” markalı avtomobil idarəetməni itirərək aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hadisə zamanı avtomobilə ciddi texniki ziyan dəydiyi bildirilir.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub, hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə, qəza sürücünün sükan üzərində nəzarəti itirməsi nəticəsində baş verib.
Qeyd edək ki, sözügedən tunel paytaxtın ən işlək nəqliyyat damarlarından biri sayılır və burada hərəkət intensivliyi yüksəkdir. Bu səbəbdən belə qəzalara yol verilməməsi üçün sürücülərdən daha diqqətli olmaları tələb olunur.


Seçilən
13
1
demokrat.az

2Mənbələr