AZ

Cənubi Afrikada kişilərə də soyad seçimi hüququ verildi

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cənubi Afrika Konstitusiya Məhkəməsi yalnız qadınlara verilən evlilikdən sonra həyat yoldaşının soyadını götürmək hüququnun kişilərə şamil edilməməsini konstitusiyaya zidd hesab edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə bunun cinsiyyət bərabərliyi prinsipini pozduğunu bəyan edib. Məhkəmənin qərarına görə, “1992-ci il doğum və ölüm qeydiyyatı haqqında qanun”da kişilərin soyad seçimini məhdudlaşdıran müddəalar konstitusiyaya uyğun sayılmayıb.

Beləliklə, artıq Cənubi Afrikada kişilər də qadınlar kimi nikah zamanı həyat yoldaşlarının soyadını birbaşa götürə və ya qoşa soyaddan istifadə edə biləcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
sia.az

2Mənbələr