AZ

Lənkəranda narkokuryer 13 kiloqram marixuana ilə ələ keçdi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Ajans.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Seçilən
17
24
Ajans.az

10Mənbələr