AZ

Qızıl rekord vurur, Azərbaycan alışları davam etdirir: 16 aya $7.6 mlrd.-lıq qızıl alıb

Azərbaycan bu ilin ilk 7 ayında xaricdən qızıl idxalını öncəki illə müqayisədə miqda baxımından 3 dəfə, dəyər baxımından isə 4 dəfə artırıb. Dünyada geosiyasi və mərkəzi bankların faiz endirimləri səbəbindən bahalaşan qızıl öncəki illə müqayisədə ölkənin bir kiloqramına olan xərci daha da artırıb.

Banker.az xəbər verir ki, ölkə ilin yanvar-iyul ayları ərzində ümumin həcmi  38 459 kiloqramlıq qızıl üçün 3 milyard 750.29 milyon ABŞ dolları xərc çəkiblər. Təkcə iyul ayında ölkəyə  5 539 kq üzərində (592.69 mln. $) qızıl idxal edilib.

Sarı metalın ölkəyə idxalı keçən ilin aprelindən başlayıb. Beləliklə, 16 aya 79 537 kq və ya 7 mlrd. 63.18 mln. dollarlıq qızıl gətirilib.

Azərbaycan qızılın bir kiloqramının orta qiymətini keçən il  75 459 dollara aldığı halda, bu il orta qiymətlər artıq hər kq üçün 106 992 dollara qalxıb.

Dünyada geosiyasi gərginlik və ticarət əlaqələrindəki zəncirin qırılma ehtimalları qiymətli metala “ehtiyat limanı” kimi tələbi kəskin artırır. Dünya Qızıl Şurasının son məlumatına görə, mərkəzi banklar2025-ci ilin ilk rübündə 244 ton, ikinci rübdə isə 166 ton qızıl alıblar. Beləliklə son təxminlərə görə, bu il onların ümumi 1000 ton qızıl alma ehtimalları var.

Məsələn, Polşa Milli Bankı 2025-in ilk yarısında ən çox alıcısı sayılır. O, ilin əvvəllərindən bəri 67 ton qızıl alıb. Qazaxıstan mərkəzi bankı da 25 tonla ən çox alanlar sırasındadır.  Çin Mərkəzi Bankı ardıcıl alışlarını davam etdirir; ilin birinci rübündə 13 ton alıb. Ümumiyyətlə Çin qızıldakı rekord qiymətlərə baxmayaraq, artıq 10 aydır fasiləsiz şəkildə qızıl alışı həyata keçirir.

Hazırda qızılın bir unsiyası 3 600 ABŞ dolları ətrafında rekord qiymətə ticarət edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin ilk 7 ayında 1 862.7 kq qızıl istehsal edib.

Seçilən
19
banker.az

1Mənbələr