AZ

Məktəbəhazırlıq qruplarına 85 min uşaq qəbul olunub - Agentlik

Məktəbəqədər təhsildə əhatəliliyin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. 

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov qeyd edib ki, məktəbəhazırlıq qruplarına artıq 85 min uşaq qəbul edilib.

"Eyni zamanda, icma əsaslı məktəbəqədər qruplarda 20 minə yaxın uşaq təhsilə cəlb olunub, qarşıya qoyulan hədəf isə 22 min uşaq təşkil edir.

Dövlət-özəl-valideyn əməkdaşlığı çərçivəsində bu rəqəm hazırda 1500-dək uşaqdır, yaxın illərdə isə bu göstəricinin 4 min uşaq olması planlaşdırılır".

O bildirib ki, aparılan optimizasiya nəticəsində 1100 uşaq bağçalara yerləşdirilib.

"Bu yanaşmalar məktəbəqədər təhsildə əhatəliliyin yüksəldilməsinə və daha çox uşağın təhsilə cəlb olunmasına imkan yaradacaq".

Seçilən
11
azedu.az

1Mənbələr