Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu ilin ilk 7 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 5 milyard 269,1 milyon dollar olan 14 milyard 409,7 milyon kubmetr təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 365,7 dollar olub.
Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
- Türkiyə – 5,79 milyard kubmetr (275 dollar);
- İtaliya – 5,43 milyard kubmetr (505 dollar);
- Gürcüstan – 1,43 milyard kubmetr (111 dollar);
- Bolqarıstan – 1,05 milyard kubmetr (374 dollar);
- Yunanıstan – 520,4 milyon kubmetr (534 dollar);
- Serbiya – 180,1 milyon kubmetr (561 dollar).
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk 7 ayında Azərbaycan Türkmənistandan 200,3 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 150 və 185 dollar olub.
Məlumat üçün bildirək ki, Rusiyadan idxal edilən təbii qaz bu ilin ilk yarısına aiddir. İyul ayı ərzində Azərbaycan Rusiyadan təbii qaz idxal etməyib.Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.