İsrail ordusunun 10 sentyabrda Yəmənin paytaxtı Səna və Cövf şəhərlərinə təşkil etdiyi hava hücumları nəticəsində ölən və yaralananların sayı yenilənib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Husilərin nəzarətində olan rəsmi SABA xəbər agentliyi məlumat yayıb.
Xəbərə əsasən, Səna və Cövfə edilən hücumlarda həyatını itirənlərin sayı 46-ya, yaralananların sayı isə 165-ə yüksəlib.
Həlak olanlardan 5-i uşaq, 11-i qadındır. Yaralananlar arasında isə 31 uşaq, 29 qadın olduğu bildirilib.
Daha əvvəl yayılan məlumatda İsrailin Yəmənin Səna və Cövf şəhərlərinə təşkil etdiyi hava hücumlarında 35 nəfərin öldüyü, 131 nəfərin yaralandığı açıqlanmışdı.