"Zənginləşdirilmiş uran ehtiyatı bombalanmış obyektlərin altında qalıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi ölkəsinin dövlət televiziyasına müsahibəsində deyib.
Nazir deyib ki, bomba zərbələri nəticəsində dağıntılar altında qalan uran ehtiyatını orada çıxarmaq üçün araşdırma aparılır: "Nüvə materiallarımıza aid hər şey bombalanan obyektlərə edilən hücumlar nəticəsində dağıntılar altında qalıb. Hazırda bu materialların vəziyyətindən xəbərsizik, bəzilərinin vəziyyəti İranın Atom Enerjisi Təşkilatı tərəfindən dəyərləndirilir. Araşdırmamız davam edir. Nəticələrlə bağlı hesabat İran Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq və bundan sonra gələcək addımlara qərar verəcək".
Nazir BMT sanksiyalarının bərpa ediləcəyi təqdirdə İranın cavabının da olacağını bildirib: "Bu cavabın forma və növünə Ali Milli Təhlükəsizlik Şurası qərar verəcək".
Tahir Şəlvəli
MİA.AZ