AZ

İsrailin Yəmənə hücumu nəticəsində ölənlərin sayı 46-ya çatıb

İsrailin Yəmənin paytaxtı Səna və "Ənsar Allah" üsyançı hərəkatının (husilər) nəzarətində olan Əl-Cəvf vilayətinə endirdiyi zərbələr nəticəsində 46 nəfər həlak olub.

Bu barədə Yəmən üsyançılarının yaratdığı hökumətin səhiyyə nazirliyi bildirib.

"Səna və Əl-Cəvf şəhərlərinə hücum nəticəsində ölənlərin sayı 46-ya çatıb, daha 165 nəfər yaralanıb. Onların arasında çoxlu qadın və uşaqlar da var. Ölənlərin sayı yekun deyil", - deyə qeyd olunub.

Nazirlik bildirib ki, ölənlər arasında 5 uşaq və 11 qadın var.

Qeyd edək ki, sentyabrın 10-da İsrail aviasiyası Səna və Əl-Cəvfdəki hədəflərə bir sıra zərbələr endirib. İsrail ordusundan verilən açıqlamaya görə, hədəflər üsyançıların hərbi bazaları, hərəkatın mətbuat xidməti ofisi və yanacaq anbarı olub.

 

Seçilən
5
1
7news.az

2Mənbələr