Tehranın Piruzi küçəsində yerləşən köhnə ikimərtəbəli yaşayış binası tikinti işləri zamanı uçub.
"Cebheinfo.az" bu barədə İSNA-ya istinadən xəbər verir.
Tehran Yanğından Mühafizə İdarəsinin sözçüsü Cəlal Məlekinin verdiyi məlumata görə, hadisə binanın ikinci mərtəbəsində aparılan işlər zamanı baş verib. Nəticədə 42 yaşlı əfqan fəhlə həlak olub, daha 2 fəhlə isə yaralanıb.
Dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri üçün yanğınsöndürənlərin 12 saatdan çox işləyiblər.