AZ

Laçın və Kəlbəcərdə qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Yüksək dağlıq ərazilərə - Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb.

Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə 19, İsmayıllıda 18, Naxçıvanda 16, Bərdə və Yevlaxda 15, Şabran, Beyləqan və Tərtərdə 14, Naftalan və Şahbuzda 13, Daşkəsəndə 12, Xaltan, Şamaxı və Göygöldə 11, Ağsu, Zaqatala, Altıağac, Göyçay, Mingəçevir, Balakən, Şərur, Gəncə, İmişli, Qobustan, Culfa, Tovuz, Şəmkir, Sabirabad, Goranboy, Sədərək, Qrız, Ordubad, Lerik, İsmayıllı, Ceyrançöl, Cəlilabad, Biləsuvar, Qubadlı, Şuşa, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb.

Seçilən
17
46
mia.az

10Mənbələr