AZ

KİV: Tramp Rusiyaya təzyiqi artırmağa hazırdır

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Avropa İttifaqı və ABŞ razılaşıblar ki, Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərilməlidir ki, o, Ukraynaya qarşı müharibəni dayandırsın və danışıqlar masasına əyləşsin.

APA xəbər verir ki, bu barədə məlumatı “Politico” rəsmi şəxslərə və diplomatlara istinadən yayıb.

Məlumata görə, Avropa Birləşmiş Ştatların Prezidenti Donald Trampı Putinin müharibəni dayandırmaqda maraqlı olmadığına inandıra bilib. Bu məqsədlə Aİ yüksək səviyyəli texniki heyəti Vaşinqtona göndərilərək Rusiya nefti və qazının tədarükünün dayandırılması və maliyyə sanksiyaları ilə bağlı planları müzakirə edib.

"Tramp nəhayət bizim tərəfimizdədir. İndi əsas məsələ iki yanaşmanı necə uzlaşdırmaqdır", – Avropalı diplomatlardan biri jurnalistlərə bildirib.

Məlumata görə, ABŞ və Aİ Putinə təzyiq göstərməyin vacibliyi məsələsində həmfikirdir. Lakin onların strategiyaları fərqlidir: Tramp Kremlə qarşı hərbi büdcəni zəiflətmək üçün ticarət rıçaqlarından istifadə etmək niyyətindədir. Aİ isə Moskva ilə əməkdaşlıq edən müəssisə və maliyyə qurumlarına qarşı sanksiyaların tətbiqində israrlıdır.

Bildirilib ki, Rusiyanın iqtisadiyyatına ciddi zərbə vurmaq üçün vahid cəbhədə hərəkət etmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
4
sherg.az

9Mənbələr