AZ

Zelenski: “ABŞ-dan müsbət cavab gözləyirik” – Üçtərəfli görüş gündəmdə

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ, Ukrayna və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş müharibəni mümkün qədər tez bitirmək üçün ən effektiv həll yoludur.

Turkustan.az xəbər verir ki, Zelenski Telegram hesabında etdiyi paylaşımda ölkəsində danışıqlar aparan ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu ofisində qəbul etdiyini bildirib.

Kelloq ilə keçirdiyi görüşdə Rusiya-Ukrayna müharibəsinin sona çatması, ölkəsi üçün təhlükəsizlik təminatlarının verilməsi, Ukrayna ilə ABŞ arasında ortaq silah istehsalı kimi məsələləri müzakirə etdiklərini ifadə edən Zelenski, “ABŞ-dan müsbət cavab gözləyirik” deyib.

Görüşdə müharibənin sona çatması üçün sürətli liderlik görüşü ilə bağlı məsələlərin də müzakirə edildiyini qeyd edən Zelenski, ABŞ, Ukrayna və Rusiya liderlərinin iştirak etdiyi üçtərəfli görüşə işarə edərək, “Şübhəsiz ki, üçtərəfli liderlik formatı ən effektivdir” dedi.

Zelenski “İstəyənlər Koalisiyası” çərçivəsində ABŞ ilə mümkün görüşlər və müxtəlif formatlar üzərində işləməyə davam etdiklərini qeyd edib, həmçinin dünən respublikaçı mühafizəkar fəal Çarli Kirkə sui-qəsdlə bağlı ABŞ tərəfinə başsağlığı verib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
10
1
turkustan.az

2Mənbələr