AZ

Müəllimlər üçün 317 nəfərlik metodik dəstək komandası yaradıldı

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

317 nəfərlik metodik dəstək komandası müəllimlərə dəstək göstərəcək

Bakıvaxtı.az xəbər verir ki, bunu “2025-2026-cı tədris ili: Yeniliklər və hədəflər” adlı tədbirdə Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev deyib.

O bildirib ki, komandanın tərkibinə 4 baş metodist, 11 aparıcı metodist və 302 metodist daxildir.

Direktor müavini əlavə edib ki, metodik dəstək komandasının əsas fəaliyyət istiqamətləri arasında məktəbdaxili peşəkar inkişaf üçün mühitin yaradılması, müəllimlər üçün təlimlərin keçirilməsi, gənc müəllimlərə mentor dəstəyinin göstərilməsi və ehtiyacı olan müəllimlərlə məktəblərdə metodik işin təşkili yer alır.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
bakivaxti.az

1Mənbələr