AZ

Ayrılanda oğluna nə xəbərdarlıq ediblər? - Anası AÇIQLADI

“Real”ın hücumçusu Kilian Mbappenin anası və agenti Faiza Lamari futbolçunun PSJ-dən Madrid klubuna keçməsini şərh edib.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, parislilərin Mbappeyə Çempionlar Liqasını qazanmaq şansının daha çox olacağı barədə xəbərdarlıq etdiyini söyləyib:

“Mbappe PSJ-dən ayrılanda ona Fransa klubunun Çempionlar Liqasını qazanmağa “Real”dan daha yaxın olduğunu dedilər.

O, uşaq baxışları ilə cavab verdi: “Bəli, bilirəm, amma fərqi yoxdur, sıfırdan başlayıram”. Mən öz otağında yuxu görən Mbappeni yenidən gördüm”.

PSJ 2024/2025 mövsümündə finalda “İnter”i 5:0 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının qalibi olub.

Seçilən
11
sportinfo.az

1Mənbələr