Bu gün kişi basketbolçular arasında Avropa çempionatında finalçılar bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, yarımfinalda ilk olaraq meydana Almaniya və Finlandiya yığmaları çıxacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Günün ikinci görüşündə Türkiyə yığması Yunanıstanla münasibətlərini aydınlaşdıracaq. Qarşılaşma saat 22:00-da start götürəcək. Bu komandalar indiyədək rəsmi oyunlarda 14 dəfə üz-üz gəlib. Bunlardan 3-nü “ay-ulduzlular”, 11-ni isə yunanlar qələbə ilə bitirib.
Türkiyə yığmasının heyətində Cedi Osman zədəlidir. Onun son durumu matç saatına kimi bəlli olacaq.
Hər iki oyun Litvanın “Arena Riqa” salonunda keçiriləcək.