AZ

“Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

Xızı rayin Mərkəzi xəstəxanasında, TƏBİB-in və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə xəstəxananın tibb işçiləri üçün “Hemofiliyanın müalicəsinə dair multidisiplinar yanaşma” mövzusunda elmi seminar keçirilib.

QHT.az xəbər verir ki, bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov məlumat verib. Onun sözlərinə görə, seminarın açılışında Xızı Rayon Mərkəzi Xəstəxanasının direktoru, Dr. Bəhdaş Nəbiyev Bu tip semminarların regionlarda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Tədbirdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov dövlət səhiyyə qurumları ilə birgə görülən işlər barədə ətraflı məlumat verib, gələcək seminarlarda və konfranslarda təcrübə mübadiləsi üçün tibb işçilərinin iştirakının vacibliyini vurğulayıb.

Seminarda Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Dr. Firəngiz nəzərli “Qanın laxtalanma pozğunluğunun müalicəsinin müasir təşkili.”, Respublika Klinik Xəstəxanasının hematoloqu Dr. Asya İsmayılzadə, " Hemofiliyanın multidisiplinar müalicə modeli ", Yeni Klinika Tibb Müəsisəsinin hematalogiya və sümük iliyi nəqli mərkəzi, sümük iliyi transplantasiya şöbəsinin müdiri Dr. Sevil Cəlilova, " İdiopatik trombositopenik purpuraya müasir yanaşma və beynəlxalq rəhbərliklərdə müalicə ", Sumqayıt Hospital Xəstəxanasının baş tibb bacısı Mirvarid Siracova "Hemofiliyanın müalicəsində tibb bacısının rolu" mövzusunda çıxış etmişlər.

Seminar sual cavabla yekunlaşmışdır və həkimləri maraqlandıran suallar cavablandırılmışdır.

Seçilən
12
qht.az

1Mənbələr