AZ

Komandası debütanta uduzdu, İlham Yadullayev razı qaldı

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mövsümün ilk oyunları ağır olur. Oyuna yaxşı hazırlaşıb, rəqibi təhlil etmişdik. Bilirdik döyüşkən, aqressiv komandadır. Məğlubiyyətə baxmayaraq, matç bizim üstünlüyümüz şəraitində keçdi". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.49 yaşlı mütəxəssis komandasının mövsümün ilk oyununda "Şahdağ Qusar"a məğlub olduğu oyun haqda fikirlərini bölüşüb:"Birinci hissədə qol imkanlarından istifadə edə bilmədik. İkinci yarı başlayan kimi məyus olduq və zamanda bərabərik qolunu vura bildik. Son dəqiqələrdə rəqib bizi əks-hücumda tutdu, qol vuraraq qalib gəldi. Çalışırdıq dominant futbol oynayaq. Belə olduğu halda təbii ki, əks-hücumlarda qapımızda qollar görəcəyik. Komandanın oyunundan və futbolçuların performansından razıyam. İstədiyimiz kimi, topa nəzarət bizdə idi. Əsasən hücumlarımızı mərkəzdən və ya cinahlardan qururduq. Sadəcə, olaraq qol epizodlarını dəyərləndirə bilməməyimiz üzücüdür. Yeni transferlərin oyunu da məni razı saldı. Çempionatın nə dərəcədə gərgin olacağını gedişat göstərəcək. İnanıram maraqlı mövsüm olacaq. İnşallah, hər şey idman prinsiplərinə uyğun olacaq. Bütün komandalara uğurlar arzu edirəm".Qeyd edək ki, MOİK - "Şahdağ Qusar" matçı meydam sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
2
sport24.az

3Mənbələr