AZ

Gədəbəyli, lənkəranlı, qusarlı Bakıda yaşayırsa, niyə keçmiş məcburi köçkünlər yaşamamalıdır? İQBAL AĞAZADƏ

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son günlər sosial mediada məcburi köçkünlərə qarşı kampaniya başlayıb. Həmin kampaniyada iddia olunur ki, onlar azad olunan torpaqlara getmək istəmir.

Qeyd edək ki, bu barədə söhbət 30 il başqasının mənzilində yaşayan Ağdam köçkününün öz yurduna qayıdarkən mənzil sahibindən 20 min manat tələb etməsindən sonra ortaya çıxıb.  Belə ki, evdən çıxmaq üçün mənzil sahibindən 20 min manat istəyən, keçmiş köçkün bunu ala bilməyəndə  evi yararsız hala salıb.

Bu isə sosial mediada bütün məcburi köçkünlərə qarşı sərt tənqidlərə, ittihamlara səbəb olub.

Əslən Füzulidən olan sabiq deputat İqbal Ağazadə Gununsesi.info–ya açıqlamasında bu barədə danışıb.

“Təkcə Ağdamın, Füzulinin 10 min  şəhidi var. Azərbaycan şəhidlərinin üçdə biri qədərdir. Bunu deyənlər, nə danışdığının fərqinə varırmı? “Torpaqlara qayıtmaq istəmirlər” ifadəsi nə deməkdir? 

Bugün Azərbaycanın bütün bölgələrindən gəlib, Bakıda yaşaya bilirlər.  Gədəbəyli, lənkəranlı, qusarlı və  sair rayonların sakinləri Bakıda yaşayırsa, niyə keçmiş məcburi köçkünlər yaşamamalıdır?   Azərbaycan Konstusiyasına  görə  hər kəsin özünə sərbəst yaşayış yeri seçmək hüququ var”.

Başqasının mənzilini zəbt edənlərə gəlincə, İqbal Ağazadə deyib ki,  Azərbaycanın başqa bölgəsində də bu cür hallar var.

“Hər yerdə edirlər. Hamımız azərbaycanlıyıq.  Mayamız eyni yerdən yoğrulub.  Bunu niyə qarabağlıların adına yazırsınız. Bu cür istisna hallları bütövlükdə köçkünlərin adına yazmaq yanlışdır”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
icma.az

1Mənbələr