AZ

Dəbdəbə və menyu yarışına çevrilən toy məclisləri: "Vəzifəli şəxslərdən başlansın"

Müasir dövrdə toy məclisləri sadəcə ailə quranların şənlik mərasimi olmaqdan çıxaraq dəbdəbə yarışına çevrilib. Hər gün yenilənən trendlər, təmtəraqlı zallar və bahalı menyular artıq bir çox cütlüyü özlərini bu yarışa qoşulmağa məcbur edir. Onlar üçün bəzən milli mətbəximiz kifayət eləmir, süfrələrə əlavə çeşidli yeməklər düzülür. Yeməklərin bir qisminə isə heç toxunulmur da. Borc və böyük xərclərlə keçirilən belə toylar ailələri maddi və mənəvi tərəfdən çox qayğılandırır. Süfrədə qalan yeməklər israfçılığa səbəb olur.

Bəs toy məclislərində menyunu çox təşkil edək ki, israfçılıq olmasın? Xeyli vaxtdır ki, yas məclislərinə tətbiq edilən standartlar toy məclisləri üçün də keçərli ola bilərmi?

Publika.az xəbər verir ki, mövzu ilə bağlı Teleqraf-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, yas məclislərində olduğu kimi toy məclislərində də israfçılıq var.

Toy məclislərində israfçılıq təkcə süfrədə olmur

Onun sözlərinə görə, təyin ediləndən artıq yeməklərin gətirilməsi və həmin yeməklərdən çoxunun istifadə olunmaması israfçılığın açıq təzahürüdür.

"Söhbət təkcə yeməkdən getmir. Bu özünü geyimdə, musiqiçilərdə, avtomobildə də göstərir. Süfrələrə o qədər nemətlərin düzülməsi düzgün deyil. Proses şüurlu şəkildə getməlidir. Qiymətlərə baxılmalı və tənzimlənmə aparılmalıdır. Həmçinin, vətəndaşlar və şadlıq evləri bu reallığı ciddi nəzərə almalıdırlar", - deputat əlavə edib.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, toy mərasimlərində bol çeşidli yeməklərin təqdim edilməsi milli adət-ənənələrdən doğan bir haldır, amma bu da son illərdə israfçılıqla müşahidə olunur.

İsrafçılıqda şadlıq evlərinin rolu

“İsrafçılıq süfrəyə qonaqların fiziki olaraq yeyə bilməyəcəyi qədər çox yemək düzülməsi, yeməyin keyfiyyətsiz hala düşməsi və atılması ilə bağlıdır. Çox vaxt süfrələr təmtəraq naminə həddən artıq yüklənir və onların böyük hissəsi istifadə olunmadan kənara atılır. Bu, ailə büdcəsinə zərər vurur.

Bu gün Azərbaycanda toyların keçirilməsində şadlıq evlərinin də mühüm rolu var. Şadlıq evləri gizli bir kölgə biznesinin əsas hissələrindən birini təşkil edir. Maksimum dərəcədə toy sahiblərini yükləməyə çalışırlar. Bəzən menyunu toy sahibi ilə razılaşdırmırlar. Menyular qapalı xarakter daşıyır, şəffaf deyil. Qiymətlərlə bağlı məsələlər açıqlanmır. Bəzi toy sahibləri də təmtəraqlı toy keçirməyə çalışırlar. Bu da külli miqdarda vəsaitlərin xərclənməsinə gətirib çıxarır”.

Yeni formalar, islahatlar lazımdır

O, menyunun qonaqların sayına və istehlak imkanlarına uyğun olmalı olduğunu deyib:

“Bir neçə isti yemək, milli mətbəximizə aid əsas təamlar, desert və içkilər kifayət edə bilər. Hüquqi baxımından ölkəmizdə xüsusi olaraq toy menyusu ilə bağlı qanun qəbul edilməyib, heç buna zərurət də yoxdur. Elə məsələlər var ki, onu qanunun tənzimləmə predmetinə çevirmək olmaz. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında, qida təhlükəsizliyi haqqında qanunlarda resurslardan səmərəli istifadə etmək və ərzaqların keyfiyyəti ilə bağlı müddəalar dolayı yolla tətbiq edilə bilər.

Dövlət müəyyən minimum qaydalar müəyyənləşdirərsə, ictimai dəstəklə bu adətləri tənzimləmək mümkündür. Bu istiqamətdə yeni formalar, islahatlar lazımdır. Bu islahatlar cəmiyyətin mövcud ehtiyaclarından doğur. Son zamanlar cəmiyyətdə səslənən fikirlərə diqqət yetirmək, daha sadə toy məclislərinə nail olmaq lazımdır”.

Vəzifəli şəxslər nümunə olmalıdırlar

Seçilən
47
3
publika.az

4Mənbələr