AZ

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını təxminən 30 maddə ilə genişləndirib. Bu barədə sentyabrın 12-də Böyük Britaniya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Birləşdirilmiş siyahıya 30 maddə əlavə edilib ki, onlar indi aktivlərin və xidmətlərinin dondurulması şəklində sanksiyalara məruz qalır”, - agentliyin saytında deyilir .

Qeyd olunur ki, sanksiyalar “Elekond” ASC, SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavodu, “Anozit” kimya sənayesi müəssisəsi, “İkar” Eksperimental Konstruktor Bürosu ASC, həmçinin optoelektron avadanlıq istehsal edən “Proton” SC-yə qarşı tətbiq edilib.

Bundan əlavə, məhdudiyyətlər siyahısına üç fiziki və 27 hüquqi şəxs də daxildir.

P.Əmircanov
XQ

Seçilən
7
xalqqazeti.az

1Mənbələr