AZ

Beş gün komada qalan qazi dünyasını dəyişdi FOTO

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprel Döyüşlərinin iştirakçısı, qazi Ramin Süleyman oğlu Hümbətov uzun sürən komadan sonra həyatını itirib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, səhhətinin pisləşməsi səbəbindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Beş gün koma vəziyyətində qalan Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün səhər xəstəxanada vəfat edib.

 

Xatırladaq ki, Ramin Hümbətov Aprel Döyüşlərində Lələtəpə istiqamətində ağır yaralanmışdı. O, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Lənkəran bölməsinin fəal üzvlərindən idi.

Allah rəhmət eləsin, ailəsinə səbir diləyirik.

Sabutay, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
2
bizim.media

3Mənbələr