Çinin Beihai LNG terminalı Buran tankerini qəbul edib. Bu, sanksiyaya məruz qalmış Arctic LNG 2 layihəsindən ölkəyə mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan dördüncü gəmidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" LSEG-ə istinadla yazır.
Agentliyin məlumatına görə, qaz daşıyıcısı Çinin cənubundakı Quansi bölgəsindəki Tişan limanındadır.
Avqustun sonunda Artic Mulan tankeri Beihai terminalına LNG partiyasını çatdırıb. Bu, zavod 2023-cü ildə işə salındıqdan sonra Arctic LNG 2-dən ilk tədarük idi.