Bakı, 12 sentyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Murov Az Terminal” komandası heyətinə yeni oyunçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi Rudi Renko İliçin keçidini rəsmiləşdirib.
Xorvatiyalı toppaylayıcı ilə 1 illik müqavilə imzalanıb.