Danimarka 9.1 milyard dollar dəyərində hərbi texnika almağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi bəyanat yayıb.
Bəyanatda silahlanmaya səbəb olaraq Rusiya-Ukrayna müharibəsindən çıxarılan dəsrlər göstərilir.
“Haızrki təhlükəsizlik mühiti göstəriri ki, silahlı qüvvələrin gücləndirilməsində havadan müdafiə sitemləri əsas prioritetdir” nazirliyin bəyanatında vurğulanıb.
Alınması nəzərdə tutulan hərbi texnikalara SAMP T, NASAMS, İRİS-T və VL MICA sistemlərinin də daxil olduğu bildirilib.
Ümumilikdə isə 8 havadan müdafiə sistemi alınacaq.