AZ

Metroda gedişhaqqının artırılacağı iddialarına aydınlıq GƏTİRİLDİ — Rəsmi

Metroda gedişhaqqının artırılması ilə bağlı qərarların qəbulu "Bakı Metropoliteni" QSC-nin səlahiyyətində deyil.

News24.az xəbər verir ki, bu barədə qurumun sədrinin müşaviri Emil Məmmədov redaksiyamızın sorğusuna cavabında məlumat verib. 

O qeyd edib ki, metroda gedişhaqqı ilə bağlı bütün məsələlər Tarif (Qiymət) Şurasının səlahiyyətinə aiddir: 

“Metropoliten gedişhaqqı ilə bağlı müstəqil qərar qəbul etmir. Bu sahədə qiymət siyasətini Tarif Şurası müəyyənləşdirir və yalnız həmin qurumun müvafiq qərarı ilə gedişhaqqında dəyişiklik edilə bilər”.

Seçilən
29
2
demokrat.az

3Mənbələr