AZ

Azərbaycanda 300 məktəbdə telefon işlətmək QADAĞAN EDİLİB

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırda 300-ə yaxın ümumtəhsil müəssisəsində şagird davranış qaydalarına əsasən, dərs vaxtı mobil telefonlardan istifadə qadağandır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu qaydaların bütün ölkə məktəblərində tətbiqi üçün son hazırlıq işləri görülür.

“Yaxın günlərdə qaydaların ölkə üzrə tam tətbiqi elan ediləcək”, – direktor bildirib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
bakivaxti.az

2Mənbələr