AZ

Bakıda ağac qadının üzərinə AŞDI

Dünəndən başlayan güclü külək ölkəmizdə bir sıra fəsadlara yol açıb. Nəticədə bir neçə ağac aşıb. Ağaclardan birinin aşması nəticəsində qadın xəsarət alıb.

Turkustan.az xəbər verir ki, TƏBİB-dən “Trend.az”a verilən açıqlamada 11.09.2025-ci il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, S.S.Axundov küçəsindən ağacın aşması səbəbilə çağırışın qeydə alındığı bildirilib.

"Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxsə (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə yerində zəruri tibbi xidmət göstərilib", - deyə məlumatda qeyd edilib.

Seçilən
7
20
turkustan.az

10Mənbələr