"Mançester Yunayted"in qapıçısı Andre Onananın "Trabzonspor"a keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, kamerunlu qolkiper Türkiyə klubunda icarə əsasında çıxış edəcək.
İcarə müqaviləsi 1 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, Onananın MY ilə sözləşməsi 2028-ci ilin yayına qədərdir. 29 yaşlı qolkiper İngiltərə klubundan əvvəl "Ayaks" və "İnter"in də uğurları üçün çalışıb.