AZ

Bulvardakı yararsız eskalatorların istifadəsi bu səbəbdən dayandırılıb RƏSMİ AÇIQLAMA FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

“Azneft” dairəsinin yaxınlığında yerləşən yeraltı keçiddə vətəndaşların narazılığına səbəb olan vəziyyət yaşanıb. 

Avtosfer.az xəbər verir ki, insanların istifadə etməyə məcbur edildiyi bu keçiddə eskalatorlar tez-tez işləmədiyindən sakinlər çətinliklə üzləşirlər.

Şəhərin mərkəzi küçəsində, Filarmoniya bağından Bulvara doğru irəliləmək üçün olan bu keçiddəki eskalatorlarda belə vəziyyətin yaranması ictimaiyyət tərəfindən qəbuledilməz sayılır. Vətəndaşlar bildirirlər ki, bu qədər insan axınının, hotellərin bol olduğu, turistlərin ən çox üz tutduqları məkanda eskalatorların daim işlək vəziyyətdə saxlanılması vacibdir.

Onların sözlərinə görə, xüsusilə yaşlı insanlar, uşaqlı valideynlər və əlilliyi olan şəxslər üçün eskalatorların işləməməsi ciddi problem yaradır. Sakinlər aidiyyəti qurumlardan məsələni nəzarətə götürərək belə halların təkrarlanmamasını tələb edirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, həmin eskalatorlar istifadəsi təmir məqsədi ilə dayandırılıb. Təmirin nə zaman başa çatacağı ilə bağlı məlumat yoxdur.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr