AZ

Türkiyəli hakerlər İsrailin müdafiə nazirinə zəng etdilər

Türkiyədən olan bir haker qrupu İsrailin müdafiə naziri İsrael Katzın şəxsi mobil telefon nömrəsini sosial media üzərindən yayımlayıb.

Hakerlər Katzı görüntülü zənglə narahat etdikləri anları da sosial şəbəkələrdə paylaşdılar.

"Cebheinfo.az" xəbər verir ki, İsrail mərkəzli “Yedioth News” xəbər portalında yer alan məlumatda bildirilir ki, görüş zamanı hakerlər Katzı təhqir edib və bu anların ekran görüntülərini internetdə paylaşaraq yayılmasına səbəb olublar. 

Xəbərə görə, Katz əvvəlcə zəngə cavab verib, daha sonra isə bağlantını kəsib.Katz daha sonra sosial media hesabında verdiyi açıqlamada deyib:

“Dünyanın müxtəlif ölkələrindən təşkilatlanmış islamçı-cihadçı dəstələr, məxfi statusu olmayan mülki telefonumu arayaraq nifrət dolu mesajlar və təhdidlər göndərirlər.

Onlar məni arayıb təhdid etməyə davam edəcəklər, mən isə onların terror təşkilatı liderlərinin məhv edilməsini əmr etməyə davam edəcəyəm”.

Haker qrupu daha sonra İsrail Parlamentinin sədri Ohana və ifrat sağçı Daxili Təhlükəsizlik naziri Ben Gvirin də telefon nömrələrini sosial mediada yayımlayıb.

Seçilən
15
cebheinfo.az

1Mənbələr