AZ

"Uran ehtiyatları bombalanmış obyektlərin altında basdırılıb" - İran

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ölkəsinin zənginləşdirilmiş uran ehtiyatı iyun ayında İsrail və ABŞ-nin nüvə obyektlərinə hücumları nəticəsində dağıntıya uğrayıb. 

News365.az-ın məlumatına görə, Araqçi, bu materialların əlçatan olub-olmaması və statusunun hələlik məlum olmadığını söyləyib. Məsələ Atom Enerjisi Təşkilatı tərəfindən qiymətləndirilir və hesabat Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq.

Araqçi, BMT-nin sanksiyaların geri qaytarılması halında İranın reaksiyasının qəti olacağını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxma ehtimalının gündəmə gəldiyini qeyd edib. O, Qahirədə MAQATE ilə imzalanan razılaşmaya əsasən, bu mərhələdə yoxlamalara icazə verilməyəcəyini bildirib.

Seçilən
27
1
news365.az

2Mənbələr