AZ

Azərbaycanda havalar isinəcək? - İqlimşünas açıqladı

Son günlər Azərbaycanda havanın tez-tez dəyişməsi və yay fəslinin gözləniləndən sərin keçməsi vətəndaşların diqqətini çəkib və müxtəlif suallar doğurub.

BAKU.WS-in sorğusuna cavab verən iqlimşünas Qorxmaz İbrahimli bildirib ki, bu il yay fəsli digər illərə nisbətən daha sərin keçib. "Düzdür, bir neçə gün ərzində isti hava müşahidə olundu, lakin ümumilikdə yay sərin keçdi. Bu hal iqlim dəyişikliyi ilə əlaqələndirilə bilməz. Belə dövri dəyişikliklər 10-15 ildə bir baş verə bilər. Məsələn, üç il bundan əvvəl də yay sərin keçmişdi", – ekspert qeyd edib.

İbrahimli əlavə edib ki, Azərbaycan ərazisi və region Şimaldan gələn hava kütlələrinin təsiri altındadır və buna görə də hava şəraitində belə dövri dəyişikliklər normal sayılır. Ekspertin proqnozuna görə, sentyabrın ikinci yarısından etibarən hava normallaşacaq və oktyabr-noyabr ayları ölkə ərazisində mülayim keçəcək.

Ekspert həmçinin vətəndaşlara xəbərdarlıq edib ki, belə dövri hava dəyişiklikləri təbii haldır və qorxulacaq heç nə yoxdur, lakin düzgün geyim və şəxsi ehtiyat tədbirləri vacibdir.

İnsanlar bu tip hava dəyişikliklərinə hazırlıqlı olmalı, xüsusilə həssas qruplar – uşaqlar və yaşlılar diqqətli olmalıdır.

Şahanə Xankişiyeva

Seçilən
0
1
far.az

2Mənbələr