AZ

Ayxan Abbasov "Karvan Yevlax"la matçda yalnız onu oynada bilməyəcək

Misli Premyer Liqasının 4-cü turunda "Karvan Yevlax"la üz-üzə gələcək "Şamaxı" oyuna bir itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "aslanlar"ın sözçüsü Yusif Hüseynli deyib:

"Heyətdə cəzalı oyunçu yoxdur. Bu gün üçün yalnız bir futbolçunun oynamayacağı dəqiqdir ki, bu da Edqar Adilxanovdur. Edqar zədə səbəbindən "Karvan Yevlax"la matçı kənardan izləyəcək". 

Qeyd edək ki, "Şamaxı" - "Karvan Yevlax" matçı sentyabrın 14-də keçiriləcək. Qarşılaşmanın start fiti 16:30-da səsləndiriləcək. 

Nihat

Seçilən
15
1
fanat.az

2Mənbələr