AZ

Polşa Belarusla keçid məntəqəsinə tikanlı məftillər çəkdi Video

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Polşa Sərhəd Xidmətinin əməkdaşları Brest sərhəd-keçid məntəqəsinin qarşısındakı körpüdə tikanlı məftillər çəkərək, öz sərhədlərini bağlayıblar.

Axar.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Məlumata görə, Polşa zabitləri tikanlı məftillərlə bərabər, metal hasar da qurublar. Bir neçə maşın sərhədi keçmək üçün növbəyə düzülüb, lakin onlar Belarusa geri qayıtmalı olub.

Xatırladaq ki, sentyabrın 9-da Polşanın Baş naziri Donald Tusk “Qərb-2025” təlimlərinin başlaması ilə əlaqədar sentyabrın 11-dən 12-nə keçən gecə Belarusla sərhədin bağlanacağını elan etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
axar.az

5Mənbələr