AZ

Başına iş gələn Hüseyn məscidə getdi Foto

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Tanınmış bloger Hüseyn Həsənov Heydər məscidində olub.

Axşam.az xəbər verir ki, bu barədə bloger sosial media hesabında paylaşım edib. O, məsciddə dua etdiyi anları izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, bir müddətdir Bakıda olan Hüseynin başından problem əksik olmur. Bir neçə gün əvvəl psixi xəstəliklərdən əziyyət çəkən qadın Hüseynin evinə gələrək bıçaqla ona hücum edib. Həmin şəxs polis tərəfindən saxlanılıb və müvafiq ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Hüseyn Bakıda getdiyi idman zalına da buraxılmayıb. Buna səbəb kimi blogerin idman zalında qızıl qulaqlıq taxaraq gəlməsi və cangüdəninin əzələlərini nümayiş etdirməsi göstərilib. Bloger bildirib ki, onun abunəlik pulunu da geri qaytamayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
2
axsam.az

3Mənbələr