AZ

Ağdamda valideyni tərəfindən döyülən körpənin son durumu açıqlandı

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpənin vəziyyəti stabildir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq neyrocərrahiyyəsi şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, avqustun 26-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) valideynləri tərəfindən döyülüb. Hər iki uşaq öncə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinə və müalicələrə cəlb olunublar. Uşaqlardan biri Musa Rəhimovun vəziyyəti ağır olduğundan, o Bakıya gətirilərək müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib.

Hər iki uşağın körpələr evinə yerləşdirilməsi nəzərdə tutulur.
Seçilən
12
2
sherg.az

3Mənbələr